Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vesti” XTNS-dəki “Azərbaycan” pavilyonunda bərpa işləri barədə reportaj hazırlayıb

08.02.2019 [17:41]

Xəbərin mətni
“Rossiya 24” televiziya kanalının “Vesti” proqramı Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda aparılan bərpa işləri haqqında reportaj hazırlayıb. AZƏRTAC xəbər verir ki, reportajda XTNS-in ən əsas incilərindən biri – “Azərbaycan” pavilyonunda kompleks bərpa işlərinin aparıldığı qeyd olunub.