Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb

11.02.2019 [12:11]

Xəbərin mətni
Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatının əsas nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. AZƏRTAC xəbər verir ki, meksikalı rejissor Alfons Kuaronun ekranlaşdırdığı “Roma” dramı “Ən yaxşı film” kateqoriyasında birinci olub. Bundan əlavə, Kuaron “Ən yaxşı rejissor işi” nominasiyası üzrə də qalib gəlib.