İDMAN
Paralimpiyaçılarımız dünya kuboku yarışlarında daha bir medal qazanıblar
12.02.2019 [19:53]
Xəbərin mətni
Milli Paralimpiya komandamızın üzvləri Birləşmiş Ərəb Əmirliklərində pauerliftinq üzrə dünya kuboku yarışlarında iştiraklarını davam etdirirlər.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 107 kiloqram və yuxarı çəki dərəcəsində çıxış edən idmançımız Şamo Aslanov 206 kiloqram nəticə ilə üçüncü olub.