Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunub
13.02.2019 [15:24]
Xəbərin mətni
Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilib. TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə elm və mədəniyyət adamları, poeziyasevərlər, türk dünyası ədəbiyyatının tanınmış simaları iştirak ediblər.