CƏMİYYƏT


Azərbaycanda əmək pensiyaları 160 manata çatdırılacaq

Əmək pensiyasının minimum məbləği martın 1-dən artırılaraq 116 manatdan 160 manata çatdırılacaq. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını əhatə edəcək.