İDMAN


Azərbaycan gimnastı Mixail Malkin Dünya Kuboku yarışlarında gümüş medal qazanıb

Azərbaycan idmançısı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının gümüş medalını qazanıb. AZƏRTAC xəbər verir ki, Avropa çempionumuz tamblinq yarışlarının final mərhələsində 74,600 xalla ikinci olub. Dünya Kuboku yarışlarının qalibi adına isə 75,100 xalla rusiyalı Vadim Afanasyev sahib çıxıb. İlk üçlüyü digər Rusiya təmsilçisi 72 xalla Maksim Riabikov tamamlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır