MƏDƏNİYYƏT


İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

İstanbul şəhərində “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil edilib. AZƏRTAC xəbər verir ki, konsert İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.