Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah sulu qar yağacaq

18.02.2019 [13:48]

Bakıda və Abşeron yarımadasında fevralın 19-da yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq.