CƏMİYYƏT


Kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədilə reyd keçirilib

Tədbir zamanı sərxoş, yol polisinə tabe olmayan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə rast gəlinib. Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da avtomobilin ön hissəsi qalxır, arxa hissəsi isə aşağı düşür.