Sofiyada “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izləri ilə” adlı fotosərgi açılıb
20.02.2019 [11:07]
Xəbərin mətni
Ölkəmizin Bolqarıstandakı səfirliyi və Bolqarıstan Milli Təbii Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izləri ilə” adlı fotosərginin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Bolqarıstanın Milli Təbii Tarix Muzeyinin direktoru Nikolay Spasovun başçılığı ilə bolqar alimlərinin 2018-ci ilin payızında Azərbaycanın Hirkan Milli Parkına ekspedisiyası zamanı çəkilmiş şəkillər və videoçarxlar nümayiş olunur.