MƏDƏNİYYƏT


Bu gündən Boz ay başlayır

Xalq təqviminə görə, iyirmi gün çəkən Kiçik çillə fevralın 20-də öz yerini Boz aya təhvil verir. Bölgələrimizin çillələrlə bağlı maraqlı adətləri, deyimləri və inancları var. Xalq arasında Boz ay haqqında bir deyim var - “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Xatırladaq ki, Boz aya daxil olan Su çərşənbəsi fevralın 26-sı, Od çərşənbəsi martın 5-i, Yel çərşənbəsi martın 12-i, Torpaq çərşənbəsi (Axır çərşənbə) isə martın 19-da qeyd olunacaq.