Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava küləkli olacaq

20.02.2019 [13:33]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-11°, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI