MƏDƏNİYYƏT


Xaçmazda açılan sərgidə qədim tarixə malik 200-dək eksponat nümayiş etdirilir

Xaçmazdakı Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ edən "Tariximizi yaşadaq" adlı sərgi açılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə milli baş örtüklərimiz, tikmələr, geyimlər, məişətdə istifadə olunan mis və saxsı qablar və ümumilikdə, qədim tarixə malik 200-ə yaxın eksponat nümayiş etdirilir.