Yasamal rayon sakininin mənzilindən heroin aşkar edilib
22.02.2019 [12:00]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib. Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 790 qram heroin aşkar edilərək götürülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm heroin aşkarlanıb.