İQTİSADİYYAT


Şabranda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolu tikilir

Şabran rayonunda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun tikintisinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi uzunluğu 23 kilometr olan Şabran-Düzbilici-Qorğan-Çinarlar avtomobil yolunun yenidən qurulması 3 min 500 nəfərə yaxın əhalinin rayon mərkəzinə gediş-gəlişini yaxşılaşdıracaq.