SİYASƏT


Brüsseldə izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilir

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilir. AZƏRTAC xəbər verir ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.