Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Məmmədəli Mehdiyev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb

24.02.2019 [23:09]

Xəbərin mətni
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində idmançımız qızıl medal qazanıb. Finala qədər uğurla irəliləyən cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə yapon Sanşiro Muraonu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub.