Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdman jurnalistləri arasında stend atıcılığı üzrə turnir keçirilib

01.03.2019 [18:53]

Xəbərin mətni
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında stend atıcılığı üzrə turnir keçirilib. AZƏRTAC xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnirdə 40-dək idman jurnalisti mübarizə aparıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə AZƏRTAC-ın əməkdaşları – Hümbət Məmmədov üçüncü, Nicat Məmmədov isə dördüncü yerdə qərarlaşıblar.