MƏDƏNİYYƏT


Tehranda “Qarabağ” muğam qrupunun konserti keçirilib

İranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Tehranın “Milad” qülləsində Novruz bayramının UNESCO–nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi münasibətilə konsert proqramı təşkil olunub. Mərasimdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu da iştirak edib. Konsertdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami, vitse-prezident, Milli irs, əl işləri sənayesi və turizm təşkilatının sədri Əliəsgər Munesan, vitse-prezident, milli kitabxana və arxiv təşkilatının rəhbəri, xanım Əşrəf Borucerdi iştirak ediblər.