MƏDƏNİYYƏT


25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub

İyirmi beş ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub. AZƏRTAC xəbər verir ki, Həziyeva Aynurə Arif qızı ilə Fərhadov Akif Maşallah oğlunun toy mərasimi keçirilib. Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar.