MƏDƏNİYYƏT


Quba “ASAN Həyat” Kompleksində Bahar festivalı keçirilir

Quba “ASAN Həyat” Kompleksində keçirilən Bahar festivalı çərçivəsində tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi festival martın 2-dən başlayıb.