İDMAN


“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino iki oyunluq cəzalanıb

İngiltərə Futbol Federasiyası (FA) “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettinonu iki oyunluq cəzalandırıb. AZƏRTAC xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Premyer Liqanın XXVII turunda “Börnli” klubu (2:1) ilə görüşdə baş hakim Mayk Din ilə mübahisə etməsidir. Həmçinin argentinalı məşqçi bu davranışına görə 10 min funt sterlinq məbləğində cərimə də ödəməli olacaq.