Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına Milli Teatr Günü hədiyyəsi

07.03.2019 [15:47]

Xəbərin mətni
Martın 7-də Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına Milli Teatr Gününə həsr olunmuş xüsusi tamaşa təqdim edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Mədəniyyət Sarayında nümayiş olunan tamaşaya “Leyli və Məcnun”, “Şəbu Hicran”, “Molla Nəsrəddinin lətifələri” və başqa sevilən səhnə əsərlərindən ibarət parçalar daxil edilib.