RƏSMİ


Prezident İlham Əliyev Rusiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı və bunu yüksək qiymətləndirdi.