Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəki “ASAN Həyat” kompleksində baharın gəlişi qeyd olunur

11.03.2019 [11:04]

Xəbərin mətni
Şəki “ASAN Həyat” kompleksində xalqımızın qədim adət-ənənələrindən sayılan Novruz bayramı münasibətilə təşkil edilən Bahar festivalı artıq üçüncü gündür ki, zəngin proqramı ilə Şəki sakinlərinə, eləcə də qurumun xidmətlərindən yararlanmaq üçün ətraf rayonlardan gələn vətəndaşlara unudulmaz anlar yaşadır.