Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cocuq Mərcanlı sakinləri Yel çərşənbəsini qeyd edib

12.03.2019 [18:26]

Xəbərin mətni
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri Novruz çərşənbələrinin üçüncüsünü - Yel çərşənbəsini böyük sevinclə qeyd ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qayıdış" parkında keçirilən bayram tədbirində kənd sakinləri ilə yanaşı qonaqlar və N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.