Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda avtomobil dərəyə aşıb

14.03.2019 [15:08]

Xəbərin mətni
Martın 14-ü Gəndov-Yalama avtomobil yolunun 18-ci kilometrliyində avtomobilin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı Hüseyn Aslanovun idarə etdiyi 17 BD 819 dövlət nömrə nişanlı “QAZ-3110” markalı” avtomobil yolun kənarındakı dərəyə aşıb.