Azərbaycan Dövlət İnformasiya Agentliyi

Novruz bayramı münasibətilə Şabranda keçirilən at yarışlarının qalibi müəyyənləşib

14.03.2019 [15:59]

Xəbərin mətni
Martın 14-də Şabranda Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışlarının qalibləri müəyyənləşib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın final mərhələsi rayonun Rəhimli kəndində keçirilib. Finalçılar 68 kəndi və Şabran şəhərini təmsil edən iştirakçılar arasından seçilib. Bu mərhələdə birincilik uğrunda 20 çapar mübarizə aparıb.