MƏDƏNİYYƏT


"İçərişəhər" stansiyasının vestibülündə növbəti əl işləri yarmarkası keçirilir

Bakı metropoliteninin "İçərişəhər" stansiyasının vestibülündə növbəti əl işləri yarmarkası keçirilir. Ötən yarmarkadan fərqli olaraq bu dəfə iştirakçılar tam fərqli sosial qrupları təmsil edir. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi budəfəki yarmarkada sosial müdafiəsi xüsusi həssas yanaşma tələb edən insanların öz əl işlərini nümayiş etdirmək və satışını təşkil etməsi üçün şərait yaradır. Novruz bayramı ərəfəsində "Bahar sevinci" əl işləri yarmarkası Bakı metropolitenindən istifadə edən, eyni zamanda, yarmarka ilə tanış olmaq istəyən hər kəsə açıqdır.