Lionel Messi yeni rekorda imza atıb
18.03.2019 [14:00]
Xəbərin mətni
İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu martın 18-də “Barselona”nın “Real Betis”lə oyununda 477-ci qələbəsini qazanıb. Bu qələbə ilə Lionel Messi Xavi Hernandezi qabaqlayıb.