İDMAN


Yunanıstanda futbol azarkeşləri ilə polis arasında qalmaqal yaşanıb

Yunanıstan Superliqasının 25-ci turunda keçirilən “Panatinaikos” – “Olimpiakos” qarşılaşması yarımçıq dayandırılıb. Buna səbəb 53-cü dəqiqədə qonaq komandanın üzvü Migel Anxel Gerreronun vurduğu qoldan sonra azarkeşlərin meydana daxil olması olub. Yunan polisi və azarkeşlər arasında qalmaqal yaranıb. Polis azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Görüş təxirə salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır