MƏDƏNİYYƏT


UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub

Parisdə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Xalq artisti Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub. AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının dəyərlərindən danışıb.