MƏDƏNİYYƏT


Meksika Birləşmiş Ştatları senatı binasında Novruz Bayramı qeyd edilib

Meksika Birləşmiş Ştatları senatı binasında Beynəlxalq Novruz Bayramı təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika senatının sədri Marti Batres Quadarrama, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır