Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerikalı rəssam 7 dəqiqəyə Rəşid Behbudovun portretini çəkdi

23.03.2019 [21:09]

Amerikalı rəssam Den Dann qeyri-adi üsulla Rəşid Behbudovun portretini çəkib. Qara fonda alovlu rənglərdən məharətlə istifadə edən Den Dann bu əsərin yaradılmasina 7 dəqiqə vaxt sərf edib. Bu əsər Hollivudda bərpa olunmuş və rənglənmiş " Arşın mal alan" filminin simvoluna çevrilib. Videoda Üzeyir Hacıbəyovun ölməz operettası mövzusunda "Vokaliz"i Sevda Əkəkbərzadə ifa edir.