MƏDƏNİYYƏT
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Novruz bayramı mərasimində təmsil olunub
23.03.2019 [21:26]
Xəbərin mətni
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyi və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Pekində Novruz bayramı münasibətilə mərasim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin, habelə qurumun müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin qatıldığı mərasimdə Azərbaycan da təmsil olunub.