Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə 10 mindən çox turist gəlib

25.03.2019 [18:31]

Xəbərin mətni
Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla iki minə yaxın turist faydalanır. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var. Son altı gündə turizm mərkəzi 10 mindən çox qonaq qarşılayıb.

Bölmənin digər videoları