MƏDƏNİYYƏT


Monteneqroda Novruz şənlikləri təşkil olunub

Monteneqronun paytaxt Podqoritsa şəhərinin “Müstəqillik meydanı”nda baharın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə reallaşıb.