Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigeriya televiziyasında “Azərbaycan taamları” filminin növbəti buraxılışı yayımlanıb

28.03.2019 [12:05]

Xəbərin mətni
Nigeriyanın STV, TVC kanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan taamları” filminin növbəti buraxılışı yayımlanıb. AZƏRTAC xəbər verir ki, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir.