İDMAN


Aşihara karate komandamızın bütün üzvlərinin Avrasiya çempionatında medal qazanmaları yüksək qiymətləndirilib

Aşihara karate üzrə milli komandamızın Antalyada keçirilən yeniyetmələr, gənclər və böyüklər arasında Avrasiya çempionatında qazandığı uğurlara həsr olunmuş tədbir təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aşihara Karate Federasiyasının prezidenti, Əməkdar idman xadimi Maarif Bağırov karateçilərin Avrasiya çempionatında böyük nailiyyət qazandıqlarını deyib.