MƏDƏNİYYƏT


Yazın isti nəfəsi duyulmayan şaxtalı Qırızdan REPORTAJ

Ölkəmizin əksər bölgələrində yazın isti nəfəsi duyulsa da Qubanın dağlıq kəndlərində hələ ki, qış havası hökmranlıq edir. Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Novruz bayramı günlərində kənddə 20 santimetrədək qar yağıb və hələ də şaxtalı hava davam edir. Mart ayı olmasına baxmayaraq burada temperatur gecələr mənfi 10 dərəcəyədək aşağı enir.