MƏDƏNİYYƏT


Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb

Maddi mədəniyyət nümunələrinə Cəlilabadın Şatırlı kəndində yerli sakinlər tərəfindən təsadüf nəticəsində rast gəlinib. Onlar arasında daşdan düzəldilmiş bıçaq, məişət əşyası və hətta məktublaşmalar zamanı qəbilə başçısı tərəfindən istifadə olunan və üzərində xüsusi təsvir olan daş da var. Mütəxəssislərin sözlərinə görə, bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir.