CƏMİYYƏT


Qubada evə basqın edən naməlum şəxslər 15 min manat pul aparıblar

Quba rayonunun Birinci Nügədi kəndində quldurluq hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Hamlet İbrahimova məxsus evə daxil olan bir qrup naməlum şəxs ev sahibini döyərək onun əllərini, ayaqlarını və ağzını bağlayıblar. Sonra həmin şəxslər evdən 15 min manata yaxın pul götürərək oranı tərk ediblər.