CƏMİYYƏT


Marketin damını sökərək obyektdən seyf oğurlayan şəxslər saxlanılıb

Bakıda Xətai rayonunda yerləşən marketlərdən birində oğurluq hadisəsi baş verib. Mağaza sahibi marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.