MƏDƏNİYYƏT


Azərbaycan ərazisindən tapılan qədim heyvan sümükləri - fil, kərgədan, nəhəng kaftar
Təbiət Tarixi Muzeyindən REPORTAJ

Azərbaycanda yaşı 9,5 - 10 milyon il olan fil sümükləri tapılıb. Bu nəhəng heyvanların böyük əksəriyyəti Eldar düzənliyində və Bozdağ ərazisində aşkar olunub. Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. O qeyd edib ki, 2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı filin alt çənə sümüyü tapılıb. Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü aşkarlanıb.