MƏDƏNİYYƏT


“AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edəcək

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci dəfə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi təşkil olunacaq. Aprelin 6-dək davam edəcək sərgi müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələrini bir araya gətirəcəkdir.