Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubalı gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanıblar

03.04.2019 [18:47]

Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Qubada da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 3-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.