MƏDƏNİYYƏT


Lənkəranlı kolleksioner arxivində 1200-ə yaxın yadigar səsi qoruyub saxlayır

Bir vaxtlar dəb halını alan kolleksiya toplamaq adəti son illər unudulmaqdadır. Xüsusilə bölgələrdə bu işə maraq itmək üzrədir. Amma elə bölgələrimiz də var ki, orada barmaqla sayılacaq qədər olsa da, kolleksiya toplayanlar var. AZƏRTAC xəbər verir ki, Lənkəranın mədəniyyət işçisi Əli Əkbərov şəxsi arxivində Azərbaycanın və bir çox ölkələrin görkəmli musiqiçilərinin lentə aldıqları 1200-ə yaxın valı qoruyub saxlayır.