Xaçmaz Olimpiya İdman Kompleksində 200-ə yaxın yeniyetmə güləşçi mübarizəyə qoşulub
04.04.2019 [16:20]
Xəbərin mətni
Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə zona yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-2005-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışların zona mərhələsində 14 komandanın tərkibində 200-ə yaxın idmançı mübarizə aparır.