İDMAN


BİZ DƏ HAMI KİMİYİK
Əzmkarlıqları ilə uğur qazanan parataekvondoçularımız

Parataekvondo üzrə milli komandamız baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə məşqlərini uğurla davam etdirirlər. Məşqçilər bildirir ki, parataekvondoçularımızın həm hazırlıq, həm də psixoloji vəziyyətləri çox yaxşı səviyyədədir. Komanda gələcək yarışlara ciddi hazırlaşır. Ən böyük məqsədləri isə “Tokio 2020” Yay Paralimpiya Oyunlarında uğur qazanmaqdır.