CƏMİYYƏT


Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə kursant qəbulu ilə bağlı imtahan keçirilib

Aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün kursant qəbulu ilə bağlı şagirdlərin imtahanı keçirilib. AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən imtahanda 48 yer üçün 1227 uşaq imtahan verib. Bu da məktəblilərimizdə hərb sənətinə və sərhədçi peşəsinə marağın artmasından xəbər verir.